Xocalı soyqırımına həsr edilmiş qanvermə aksiyası keçirilib

Xocalı soyqırımına həsr edilmiş qanvermə aksiyası keçirilib
# 26 fevral 2016 11:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) türkiyəli tələbələrinin təşəbbüsü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş qanvermə aksiyası təşkil olunub.

AzQAC-dan APA-ya verilən xəbərə görə, tədbirdə ADPU-nun əcnəbi tələbələrlə iş üzrə dekanı Nürəddin Uluxanlı, universitet poliklinikasının baş həkimi Şəfəq Teymurova, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova iştirak ediblər.

Bildirilib ki, qanvermə aksiyasına 100-dən artıq tələbə və müəllim heyəti cəlb olunub, onlardan 30 nəfəri qan verib.

Qeyd olunub ki, qan verənlərə tibbi xidmət və çay tədarükü təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR