AQTA sədri 36,5 ton Azərbaycan pomidorunun Rusiyadan geri qaytarılmasına münasibət bildirib

AQTA sədri 36,5 ton Azərbaycan pomidorunun Rusiyadan geri qaytarılmasına münasibət bildirib
# 13 iyun 2019 17:26 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 36,5 ton Azərbaycan pomidorunun Rusiyadan geri qaytarılmasına münasibət bildirib.

APA xəbər verir ki, o, AQTA-nın həm Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, həm də Avropa və Aralıq dənizi ölkələrinin bitki mühafizəsi təşkilatlarının üzvü olduğunu qeyd edib: “Bu təşkilatlara üzv olan hər bir ölkə üzərinə müəyyən öhdəliklər götürür. İstər heyvan, istər bitki mənşəli məhsullarda kənara çıxmalar olduqda həmin məhsulun geri qaytarılması prosesi həyata keçirilir. Eyni proseduru biz də başqa dövlətlər üçün həyata keçiririk".

AQTA sədri bildirib ki, pomidorun geri qaytarılması məsələsində də söhbət sadəcə zərərvericiyə yoluxmadan gedir: “Bu, məhsulun daxili keyfiyyətinə aid deyil. Həmin məhsullarda lazımi sağlamlaşdırıcı tədbirlər həyata keçirildikdən sonra təkrar ixracına cəhd olunur”.

Sədr eyni zamanda qeyd edib ki, bu məsələ ilə bağlı pomidor ixracatçıları ilə görüş keçirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR