Arbitraj məhkəməsinin xərcləri tərəflər arasında bölüşdürülə bilər

Arbitraj məhkəməsinin xərcləri tərəflər arasında bölüşdürülə bilər
# 30 oktyabr 2023 11:16 (UTC +04:00)

Arbitraj xərcləri və təminatına dair qayda müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, arbitraj sazişində ayrı qayda nəzərdə tutulmamışdırsa və ya tərəflər arasında digər razılıq yoxdursa, arbitraj xərclərinin bölüşdürülməsi aşağıdakı qaydada həyata keçirilir:

- arbitraj məhkəməsi arbitraj haqlarını və digər arbitraj xərclərinin həlli qaydasını müəyyənləşdirə və arbitraj məhkəməsinin xərclərini tərəflər arasında bölüşdürə bilər;

- arbitraj məhkəməsi tərəflərin birindən qarşı tərəfin çəkdiyi bütün xərclərin və ya onların bir hissəsinin ödənilməsini tələb edə bilər;

- arbitraj məhkəməsi tərəflərdən arbitraj haqları və digər arbitraj xərcləri üçün təminatın verilməsini tələb edə, belə təminat verilmədikdə arbitraj icraatına xitam verə bilər;

- bir tərəf tələb olunan təminatı verə bilmədikdə qarşı tərəf bu təminatı tam həcmdə verə bilər.

Arbitraj məhkəməsinin özünün səlahiyyətinin olmaması barədə qərar qəbul etməsi onun artıq çəkilmiş arbitraj xərclərinin bölüşdürülməsi barədə arbitraj qərarı qəbul etməsi səlahiyyətinə xələl gətirmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR