Moskva sakini anası və babasını vəhşicəsinə qətlə yetirib

Moskva sakini anası və babasını vəhşicəsinə qətlə yetirib
# 01 sentyabr 2016 11:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva sakini anasını və babasını vəhşicəsində qətlə yetirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi ötən gecə baş verib.

29 yaşlı kişi 54 yaşlı anasına və 89 yaşlı babasına çoxlu sayda bıçaq zərbələri vurub. Sonra o, babasının ayaqlarını dizdən aşağı kəsib. Kəsilmiş ayaqları götürərək hadisə yerindən qaçıb.

Hazırda faktla bağlı cinayət işi açılıb, qatilin saxlanılması istiqamətində əməliyyat axtarış-tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR