“Azəravtonəqliyyat” ASC-nin səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcək.
“APA-Economics”in məlumatına görə, illik ümumi yığıncaq iyunun 4-də saat 17.00-da baş tutacaq.
Yığıncağın gündəliyində cəmiyyətin 2016-cı il fəaliyyəti dövrünün yekun hesabatı, həmçinin təşkilati məsələlər müzakirə olunacaq.