Daxili işlər orqanlarında yeni təyinat olub

Daxili işlər orqanlarında yeni təyinat olub
# 12 yanvar 2016 14:58 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Daxili işlər orqanlarında yeni təyinat olub.

Qazax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə polis polkovniki Zöhrab İsmayılov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Göyçay Regional Şöbəsinə rəis təyin olunub.

Bundan əvvəl o, Qazax rayon Polis Şöbəsinin rəisi olub.

Qazax rayon Polis Şöbəsinin rəisi vəzifəsinə hələlik təyinat olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR