Astarada Əlişah qalasında tədqiqat işləri aparılacaq

Astarada Əlişah qalasında tədqiqat işləri aparılacaq
# 15 avqust 2023 14:42 (UTC +04:00)

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” şöbəsinin əməkdaşları Azərbaycanın cənub bölgəsində olub, monitorinq aparıblar.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, monitorinq zamanı Astara rayonunun Alaşa kəndində yerləşən, orta əsrlərə aid hesab olunan Əlişah qalasına baxış keçirilib. Qrup üzvü Baloğlan Xudadatovun sözlərinə görə, qalanın tapılması təsadüf nəticəsində, Astara-Bakı magistral yolunun çəkilişi zamanı baş verib.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, tarif üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev el arasında “Divəkə” adlandırılan qalanın vaxtilə sovet ordusunun hərbçiləri tərəfindən keçirilən təlimlər zamanı dağıntılara məruz qaldığını bildirib.

Qeyd olunub ki, monitorinq qrupunun üzvləri yaxın vaxtlarda qalada tədqiqat işlərinə başlamağı nəzərdə tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR