Azad edilmiş ərazilərdə Ağsaqqallar Şurasının məntəqələri yaradılacaq - FOTO

Azad edilmiş ərazilərdə Ağsaqqallar Şurasının məntəqələri yaradılacaq - FOTO
# 25 dekabr 2023 11:33 (UTC +04:00)

Gələcəkdə işğaldan azad edilmiş ərazilərdə Ağsaqqallar Şurasına seçkilərin keçirilməsi nəzərdə tutulur.

APA xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Şuranın Ümumi yığıncağında deyib.

O bildirib ki, Böyük Qayıdış planına əsasən həmin rayonlarda şuranın seçki məntəqələri qurulacaq:

"Gənclərimiz bəzən kimlərəsə qoşulurlar. Bizim qarşımızda olan əsas məsələ onları düzgün yollara yönləndirməkdir. Onları narkomaniyadan, içkidən, pis vərdişlərdən uzaqlaşdırmaq lazımdır. Deyirlər ki, Qərbin dəyərlərini inteqrasiya edək. Qərbin nəyi var axı? Nə böyük bilirlər, nə kiçik bilirlər. Bizdə bir məsəl var, deyilir ki, "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma". Ağsaqqala hər zaman hörmət olmalıdır. Boşanmaların sayı da ildən-ilə artır. Niyə belə olmalıdır? İndi 100 ailədən 30-35-i dağılır. Ailə institutunu qorumaq lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR