Azad olunmuş ərazilərdə minaaxtaran itlərin iştirakı ilə gündə 1200 kvadratmetrədək ərazi təmizlənir

Azad olunmuş ərazilərdə minaaxtaran itlərin iştirakı ilə gündə 1200 kvadratmetrədək ərazi təmizlənir
# 23 avqust 2023 12:51 (UTC +04:00)

Azad olunmuş ərazilərin minalardan təmizlənməsində xüsusi təlim keçmiş itlərdən də istifadə edilir.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı alayının Kinoloji qrupunun təlimatçısı Məqsəd Məmmədov Ağdamda aparılan minatəmizləmə fəaliyyəti barədə danışarkən deyib. Onun sözlərinə görə, gün ərzində iki baş itin iştirakı ilə 800-1200 kvadratmetrədək ərazi təmizlənir: "Bəzən bu ərazi hava şəraitinə görə dəyişə də bilər. Bu günə kimi işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində minaaxtaran itlərin rolu çox böyük olub. Havaların isti keçməsinə baxmayaraq, təlimatçılar itlərin köməkliyi ilə işlərini sürətlə davam etdirir".

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR