"DəmirBank" kapitalını kəskin artırır

"DəmirBank" kapitalını kəskin artırır
# 01 sentyabr 2016 10:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "DəmirBank" ASC nizamnamə kapitalını artırır.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, avqustun 24-də Lisenziyalaşdırma və sertifikatlaşdırma idarəsi tərəfindən bankın nominal dəyəri 0,20 manat olan 250 mln. ədəd adi səhmi dövlət qeydiyyatına alınıb. Emissiyanın həcmi 50 mln. manatdır.

Emissiya baş tutduğu halda, bankın nizamnamə kapitalı 3,4 dəfə artaraq 71 mln. manata çatacaq. Hazırda "DəmirBank"ın nizamnamə kapitalı 21 mln. manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR