“Fənərbaxça”nı Moskvada OMON qarşıladı

 “Fənərbaxça”nı Moskvada OMON qarşıladı
# 24 fevral 2016 12:32 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Türkiyənin “Fənərbaxça” klubu Rusiyaya yollanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İstanbul təmsilçisini gətirən təyyarə bir müddət öncə Moskvanın “Vnukovo” hava limanına enib.


Aeroportda komandanı xeyli azarkeş qarşılayıb. Hava limanı ətrafında və daxilində təhlükəsizlik tədbirləri görülüb. Əraziyə çoxlu sayda xüsusi təyinatlı polis qüvvələri olan OMON və mülki polislər cəlb olunub.


“Fənərbaxça” klubunun heyətini daşıyan avtobus hava limanından polis və OMON konvoyunun müşayiəti ilə ayrılıb.


Qeyd edək ki, UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Lokomotiv” - “Fənərbaxça” matçı sabah Moskva vaxtı ilə saat 20:00-da start götürəcək.

Komandaların ilk görüşündə Türkiyə klubu rusiyalılara 2:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR