Bu il ərzində Azərbaycan 9,4 mlrd. dollarlıq xarici ticarət əməliyyatı aparıb

Bu il ərzində Azərbaycan 9,4 mlrd. dollarlıq xarici ticarət əməliyyatı aparıb
# 16 avqust 2016 15:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9 mlrd. 347 mln. 050,84 min ABŞ dolları təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 26,89% azdır.

Ötən 7 ay ərzində idxal əməliyyatları 4 mlrd. 757 mln. 258,78 min dollar olub ki, bu da 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 10,46% azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 4 mlrd. 589 mln. 792,06 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 38,57% azdır.


Nəticədə 167 mln. 466,72 min dollar məbləğində mənfi saldo yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR