Varşavada parlament rəhbərlərinin görüşü keçiriləcək

Varşavada parlament rəhbərlərinin görüşü keçiriləcək
# 29 avqust 2016 16:31 (UTC +04:00)

Bakı – APA. Avqustun 30-31-də Varşavada Mərkəzi-Şərqi və Cənubi Avropa ölkələrinin parlament rəhbərlərinin görüşü keçiriləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təmsil edəcək.

Tədbirdə Avropa İttifaqının Şərqi və Mərkəzi Avropa ölkələri ilə regional əməkdaşlığı, bu ölkələrin öz aralarında parlamentlər səviyyəsində münasibətlərin inkişafı və digər məsələlərə dair fikir mübadiləsi aparılacaq. V. Ələsgərov görüşdə çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR