NIKOIL| Sabit əmanəti NIKOIL| Bank-ın ən tələb olunan əmanət növü olaraq qalır və onun aşağıdakı üstünlükləri və yeni xüsusiyyətləri mövcuddur:
1. Sərfəli şərtlər: Əmanətlərin illik 18,5%-dək AZN və 3%-dək USD məzənnələrində gəlirliyi. Qeyd olunan əmanət növü pul vəsaitlərinizin qorunub saxlanması ilə bərabər yığılmış məbləğin illik faiz dərəcəsi endirilmədən 12 ay müddətində əmanəti artırmaq imkanı yaradır. Faizlər aylıq ödənildiyi təqdirdə faiz dərəcəsi 0.5%-dək azalır.
2. Çevik şərtlər: Pul vəsaitlərini istənilən vaxt bütünlüklə, hissə-hissə götürmək imkanı verir. Eyni zamanda müqaviləyə xitam verilmədən və qalıq məbləğin faizləri itirilmədən yalnız götürülən məbləğə hesablanmış faizlərin 50%-dək həcmi ödənilir.
3. Rahat şərtlər: – Bankın rəsmi saytı www.nikoil.az , www.hesab.az ödəniş saytı vasitəsilə məsafədən balansın artırılması, həmçinin E-manat, Easy Pay, Golden Pay, Million ödəniş terminallarından sıfır komissiya ilə balansın artırılması.
Ətraflı məlumat üçün (012) 981 qısa nömrəsinə zəng edə və ya göstərilmiş keçidə daxil olaraq əldə edə bilərsiniz.
NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil əldə edə bilərsiniz.