Nazir: “Azərbaycan Formula 1 Avropa "Qran Pri"sinin bilet satışından 3-4 milyon manat gəlir əldə edəcək”

Nazir: “Azərbaycan Formula 1 Avropa "Qran Pri"sinin bilet satışından 3-4 milyon manat gəlir əldə edəcək”
# 09 mart 2016 09:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Azərbaycan 2016 Formula 1 Avropa "Qran Pri"sinin bilet satışından 3-4 milyon manat gəlir əldə edəcək”.


APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.


Onun sözlərinə görə, yarış üçün 30 min bilet satışa çıxarılıb: “Bilet satışına fevralın 19-dan etibarən internet vasitəsilə start verilib. Satış həm internet, həm də kassa satışı ilə həyata keçirilir. Satışlar davam edir və işlər tam qaydasında gedir”.


Nazir xarici və yerli vətəndaşların yarış üçün bilet əldə etməsinə heç bir məhdudiyyət qoyulmadığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR