Bakı. Şəhriyar Əlizadə - APA. Lənkəranda qətl törədən şəxs tutulub.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 5-də Lənkəran rayonunun İstisu qəsəbəsində qəsəbə sakini Rəşid Yaqubov münaqişə zəminində həmyerlisi İ.Əliyevi və onun oğlu Cavidi döyüb. İ.Əliyev evinə qayıtdıqdan sonra ölüb.
Lənkəran ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Yaqubov tutulub.
Faktla bağlı araşdırma aparılır.