"Azərbaycan İnvestisiya Şirkəti" ASC Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün zəruri invertar və avadanlıqların satınalınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.
"APA-Economics" Tender Komissiyasının yaydığı elana istinadən xəbər verir ki, komissiyanın qərarına əsasən, "Progress Construction" MMC qalib elan edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.