Moskvada Rusiya, Suriya və İran xarici işlər nazirləri Sergey Lavrov, Valid Müallim və Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Suriyadakı hərbi-siyasi vəziyyət və humanitar durum müzakirə olunur. Bundan başqa, nazirlər İraqdakı vəziyyəti və eləcə də terrorçuluğa qarşı mübarizədə birgə səyləri müzakirə edəcəklər.
Görüşdən sonra mətbuat konfransı keçiriləcək.