AMEA: Çirklənmiş torpaqların bioloji aktivliyi artırılıb

AMEA: Çirklənmiş torpaqların bioloji aktivliyi artırılıb
# 06 avqust 2016 08:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Torpaqların potensial eroziya təhlükəlilik xüsusiyyətlərini əks etdirən elektron xəritələr işlənilib hazırlanıb və tətbiqə tövsiyə olunub”.

APA-nın xəbərinə görə, bunu AMEA Eroziya və Suvarma İnstitutunun direktor vəzifəsini icra edən Zakir Əliyev deyib.

O bildirib ki, torpaqların çirklənməsinin qarşısının alınması və pozulmuş torpaqların münbitliyinin bərpası istiqamətində də fundamental tədqiqatlar aparılaraq, onların bioloji aktivliyinin artırılmasına nail olunub: “Bunun da sayəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi istiqamətində alimlərimiz tərəfindən aparılmış tədqiqatlarla müəyyən edilmiş torpaqqoruyucu tədbirlər tətbiqə tövsiyə olunub”.

Z. Əliyev qeyd edib ki, ərzaq təhlükəsizliyi baxımından torpaq və su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə edilməsinin yeni metodlarının aşkar edilməsi istiqamətində də mühüm tədqiqatlar aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR