Bu gün Quba rayonunda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba şəhər sakini 1986 təvəllüdlü Abdullayev Cavanşir Telman oğlu sirkə turşusu zəhərlənməsi ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğu üçün Bakıya aparılıb.
Faktla bağlı araşdırma aparılır.