Vanda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vanda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 18 avqust 2016 03:54 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Van vilayətində terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat-axtarış tədbirlərinə zirehli texnika və helikopterlər cəlb olunub.

Artıq adı açıqlanmayan şübhəli polis məntəqəsinə gətirilib. Həmçinin onun yaralandığı bildirilir.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Partlayışın arxasında Kürd Fəhlə Partiyasının (PKK) ola biləcəyi ehtimal edir.

Xatırladaq ki, ötən axşam Türkiyənin Van vilayətində polis şöbəsinin qarşısında minalanmış avtomobilin partladılması nəticəsində 3 dinc sakin ölüb, 40 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR