Narkotik dövriyyəsi ilə bağlı Qazaxda 4 nəfər saxlanılıb

Narkotik dövriyyəsi ilə bağlı Qazaxda 4 nəfər saxlanılıb
# 10 aprel 2017 14:12 (UTC +04:00)

Qazax rayonunda narkotik vasitələrin alqı-satqısı və dövriyyəsi ilə bağlı 4 nəfər saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Azər Rzayev ətrafında keçirtdikləri əməliyyat tədbirləri nəticəsində onun üzərində 1 qarama yaxın heroin aşkarlayıblar. Məlum olub ki, o narkotik maddəni bir gün əvvəl həmkəndlisi Orxan İsmayılovdan alıb.

O. İsmayılov şübhəli şəxs kimi saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı dəyəri 1600 manat olan 19 qrama yaxın heroin aşkarlanaraq götürülüb. İstintaq əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, Orxan İsmayılov narkotik maddəni Bakı şəhərində qeydiyyatda olan, hazırda Qazaxda yaşayan Yusibov Ruslan Asif oğlundan  alıb.

Keçirilən əməliyyat tədbirləri zamanı R. Yusibov saxlanılıb, onun üzərindən qurudulmuş marixuana aşkar olunaraq götürülüb. R. Yusibov ifadəsində göstərib ki, narkotik vasitəni Bakı şəhərində əldə edərək Qazax gətirib. Sonradan müəyyən edilib ki, narkotik vasitəni Ağköynək kənd sakini Amil Emilovla birgə qazanc məqsədilə əldə edib.

 

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR