“Muğanbank” ötən ili mənfəətlə başa vurub

“Muğanbank” ötən ili mənfəətlə başa vurub
# 21 yanvar 2016 12:57 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-ci il yanvarın 1-nə “Muğanbank” ASC aktivlərinin həcmi 658,191 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,78% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin sonuna bankın kredit portfeli 374,609 mln. manat olub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 28,59% artım deməkdir.

Hesabat dövründə bankda istehlak kreditlərinin məbləği bir il ərzində 51,58% artaraq 193,312 mln. manat olub. Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 55,3% artaraq 24,536 mln. manat təşkil edib ki, bu da mövcud kredit portfelinin cəmi 6,55%-ni təşkil edir.

Cari ilin əvvəlinə ipoteka kreditləri 1,31% artaraq 40,451 mln. manata bərabər olub.

Bankın depozit portfeli 47,77% artaraq 239,713 mln. manata, əhalinin əmanətləri isə 84,88% artım göstərərək 214,494 mln. manata çatıb.

Hesabat dövründə bankın öhdəlikləri 23,87% artaraq 100 mln. 158,81 min manat təşkil edib.

Bank məcmu kapitalını hesabat dövründə 1,54% artıraraq 54 mln. 890,016 min manata çatdırıb.

Bankın nizamnamə kapitalı 10,36% artaraq 50 mln. manat təşkil edib.

Ötən il “Muğanbank”ın gəlirləri 18,72% artaraq 70 mln. 414,18 min manat, xərcləri 31,01% artaraq 69 mln. 685,43 min manat, xalis mənfəəti isə 437,45 min manat təşkil edib.

Bankın hal hazırda 44 filialı, 57 bankomatı və 659 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR