“Şahdəniz 3” layihəsində proqnozlaşdırılan ehtiyatın həcmi açıqlanıb

“Şahdəniz 3” layihəsində proqnozlaşdırılan ehtiyatın həcmi açıqlanıb
# 30 avqust 2016 13:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz 3” qaz yatağının proqnozlaşdırılan ehtiyatı 500 mlrd. kubmetrdir.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirilən I Avrasiya konfransının ikinci günündə enerji məsələləri üzrə ekspert John Roberts deyib.

C. Roberts xatırladıb ki, “Şahdəniz 1” və “Şahdəniz 2” yataqlarından ixrac ediləcək qazın həcmi məlumdur: “Hər iki yatağın birlikdə 1,2 trln. kubmetr ehtiyatı var. Düşünürəm ki, 2018-2025-ci illərdə bu iki yataqdan ümumilikdə 25 mlrd. kubmetr illik qaz ixrac ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR