Bakıda I Avrasiya konfransı keçiriləcək

Bakıda I Avrasiya konfransı keçiriləcək
# 18 avqust 2016 14:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 29-31 avqust tarixində Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı keçiriləcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun təşkil etdiyi konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək və bu mövzu ətrafında müzakirələr aparılacaq.

Müzakirə olunacaq mövzular arasında son zamanlar neftin ucuzlaşması və ucuz neft fonunda Xəzər regionunun Avropa və dünya bazarlarında əsas enerji tədarükçüsü olaraq qalması, neft və təbii qazın qiymət dinamikası və gözləntilər, Xəzər regionunun zəngin neft və qaz ehtiyatlarının kəşfiyyatı, regionda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişafı perspektivləri, regional enerji təhlükəsizliyi mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, konfransda neft iqtisadiyyatı, enerji geosiyasəti, enerji bazarları və onların tənzimlənməsi, qaz təchizatı və nəqliyyat problemləri, regional enerji bazarları, davamlı inkişaf üçün enerji siyasəti, enerji qənaətli tələbi iqtisadi artım, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlər müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR