Bakı. Musa Əhmədov - APA-Economics. "Güman edirəm, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasından sonra kommersiya banklarının likvidlik probleminin həllinə yönələn kömək funksiyası Mərkəzi Bankda saxlanılacaq". "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Palatanın yaradılması Mərkəzi Bankı maliyyə sabitliyi məsələlərindən kənarda qoymur: "Sadəcə olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank öz funksiyaları çərçivəsində bu istiqamətdə effektiv əməkdaşlıq edəcəklər. Palata öz öhdəsinə düşən funksiyaları yerinə yetirəcək. Bütövlükdə, ölkədə pul siyasətini həyata keçirən orqan kimi Mərkəzi Bank qanunvericilikdə nəzərdə tutulmuş çərçivədə məsuliyyət daşıyacaq".