Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç uşaq ədəbiyyatının məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Pippi” romanı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, eyniadlı romanın motivləri əsasında Stefan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Xəyalə Meydanova, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Xalidə Əliməmmədova, Könül Əbilova, Eyvaz İbrahimov, Elgün Yəhyayev, Vahid Orucoğlu və Ramil Məmmədov ifa ediblər.