Siqaretlər bahalaşıb

Siqaretlər bahalaşıb
# 05 sentyabr 2016 08:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda bu gündən topdan və pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, siqaretlərin qiymətində orta hesabla 10-20% artım müşahidə olunur.

Satıcıların sözlərinə görə, qiymət artımı bütün markalara şamil olunub. Artımın səbəbi açıqlanmır.

Qeyd edək ki, bu, son günlər ərzində ikinci qiymət artımıdır. Belə ki, avqustun 29-da da qiymət artımı baş verib. Həmin gün bəzi tütün məmulatları 10-20% bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR