Bakı - APA. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Nazir münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.
Görüş əsnasında Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına fikir mübadiləsi aparılıb.