Bu il 100-dən çox insan qidadan zəhərlənib, 3 nəfər ölüb

Bu il 100-dən çox insan qidadan zəhərlənib, 3 nəfər ölüb
# 17 aprel 2017 14:09 (UTC +04:00)

Bu ilin ilk rübündə (3 ayı ərzində) Azərbaycanda 103 qida zəhərlənməsi hadisəsi baş verib, nəticədə 162 nəfər zərər çəkib.

 

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, yanvar-mart aylarında ölkədə baş verən 8 botulizm hadisəsi nəticəsində 15 nəfər zəhərlənib. Qida zəhərlənmələrindən 3 nəfər ölüb. 

 

Bu ilin mart ayında isə baş verən 36 qida zəhərlənməsi halı nəticəsində 66 nəfər, 1 botulizm hadisəsi nəticəsində isə 1 nəfər zəhərlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR