Yerli icra orqanları yanında Apellyasiya şuralarına bu fəaliyyətin təşkili ilə bağlı tövsiyə və təlimatlar təqdim olunub

Yerli icra orqanları yanında Apellyasiya şuralarına bu fəaliyyətin təşkili ilə bağlı tövsiyə və təlimatlar təqdim olunub
# 04 mart 2016 10:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevin sədrliyi ilə mərkəzi və yerli icra qurumları yanında yaradılmış Apellyasiya şuralarının təqdimatı ilə bağlı iclas keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Apellyasiya Şurasının katibi Bəhruz Müslümovun APA-ya verdiyi məlumata görə, iclasda Apellyasiya şuralarının görəcəyi işlər, qarşıya qoyulan vəzifələr, həmçinin sahibkarlıq fəaliyyətinin stimullaşırılması, sahibkarlıq subyektlərinin müraciətlərinə baxılması barədə müzakirə aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən yerli və mərkəzi icra orqanları yanında Apellyasiya şuralarının üzvlərinə bu fəaliyyətin təşkili, müraciət və sənədlərin qəbulu, icraat və icraatın nəticəsində qəbul edilən qərarlarla bağlı ümumi metodiki tövsiyələr, təlimatlar təqdim olunub.

İclasda qanunvericilik baxımdan sənədlərin işlənilməsi qaydası barədə verilən suallar cavablandırılıb, təkliflər verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR