Məhkəmə Rza Zərrabın Kamal Kılıçdaroğluna qarşı iddiasını rədd edib

Məhkəmə Rza Zərrabın Kamal Kılıçdaroğluna qarşı iddiasını rədd edib
# 05 sentyabr 2016 16:24 (UTC +04:00)

Bakı - APA. İstanbul məhkəməsi hazırda ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabın Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı iddiasını rədd edib.

 

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. Zərrab müxtəlif vaxtlarda K. Kılıçdaroğlunun onu təhqir etdiyi, iftira atdığını iddia edərək ona qarşı hər biri üzrə 100 min lirə təzminat istəməklə, 3 ayrı məhkəmə iddiası  ilə çıxış edib.

 

Bu gün İstanbul 9-cu Hüquq Məhkəməsi K. Kılıçdaroğlunun hərəkətlərinin mənəvi təzminata səbəb olmadığını əsas gətirərək R. Zərrabın iddialarını əsassız sayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR