Azərbaycanlı pioanoçu Londonun iki caz məkanında konsert proqramı ilə çıxış edib

Azərbaycanlı pioanoçu Londonun iki caz məkanında konsert proqramı ilə çıxış edib
# 20 iyul 2016 09:24 (UTC +04:00)

Bakı-APA. Azərbaycanlı məşhur pioanoçu Elçin Şirinov Londonun iki caz məkanında – “The Spice of Life” və “The Vortex” klublarında etno-caz musiqi üslubunda konsert proqramı ilə çıxış edib.

Caz musiqisi gecəsi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub. TEAS-dan APA-ya bildirilib ki, Azərbaycan xalq musiqisinin zəngin ənənəsindən bəhrələnən Elçin Şirinov yeni nəsil Azərbaycan caz musiqiçilərinin nəslindəndir. Onlar post-bop caz musiqisinin elementlərini Azərbaycan xalq musiqisi və klassik musiqisinin üsulları, melodiya və mikrotonları ilə birləşdirir.

“The Spice of Life” klubunda keçən konsertdə Şirinovun musiqisinə yaxşı bələd olan iki musiqiçi də qatılıb. İtaliyalı bas gitaraçı Andrea Di Bias və britaniyalı zərb ifaçısı Con Skott. İki ildən artıqdır ki, E.Şirinov onlarla sıx əməkdaşlıq edir: "Skottun Azərbaycanın xalq mahnısı “Durna”nı zərb alətlərində məharətli ifa etməsi Şirinovun çevik improvizasiyası ilə dəstəklənirdi. O, pianoda tempi daha da artıraraq həyacanın yeni dərəcəsinə çatmağa müvəffəq olurdu. İfa zamanı Şirinov həm Skott, həm də Di Biasa mümkün qədər sərbəst şəkildə improvizasiya üçün yer ayırırdı. Arxa fonda akkompaniator kimi mükəmməl şəkildə ifanı tamamlayırdı. Daha sonra zərurət yarandıqda öz həyacanlı improvizasiyası ilə ön plana çıxırdı".

Gecədə Azərbaycan xalq mahnısı “Sarı Gəlin” də ifa edilib: "Skottun təqdimatındakı əzəmətli və davamlı templə başlayan bu kədərli melodiya bütün auditoriyanı valeh etdi. Bu Di Biasın empatik reflektiv bas keçidlərinə gətirirdi. Parça əsas melodiyanın zəngin bəzədilmiş variasiyaları və basın müşayiəti ilə yekunlaşdırıldı və tam sükutda oturan bütün auditoriyanı sanki ovsunlamışdı.

Azərbaycan klassik musiqisi üzərində improvizasiya edən Elçin Şirinov yeganə caz pianoçusu olaraq qalır və o, Londondakı konsertini ən məşhur parçalardan biri olan Qara Qarayevin “Yeddi Gözəl baletindən Valsı öz aranjmanında ifa etdi. Sakit tempdə ifa olunan məşhur melodiya Skottun poliritmik zərb ifası ilə dəstəklənirdi. İfanı yekunlaşdırandan sonra təsirlənmiş auditoriya “bravo” deyərək alqışlayırdı".

Londonda keçirilən hər iki konsertin yekun nəticələri barədə danışan amerikalı pianoçi Bred Mehldaun deyib ki, Elçin trionu idarə etmək üçün çox gözəl hissiyyata malik musiqiçidir. Xüsusilə, o, musiqidə piano və bas gitara üçün ayrı-ayrı yerlər tapır, basın çaldığı heç bir kənar hissələri ifa etmir.

Elçin Şirinovun innovativ ifasını izləmək və onun gələcək debüt albomu barədə www.elchinshirinov.com səhifəsindən ətraflı məlumat almaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR