Azərbaycan Elm Fondunu Müşahidə Şurası və İcraçı direktor idarə edəcək

Azərbaycan Elm Fondunu Müşahidə Şurası və İcraçı direktor idarə edəcək
# 15 oktyabr 2022 15:20 (UTC +04:00)

Azərbaycan Elm Fondunun idarəetmə strukturları müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Elm Fondunun Nizamnaməsində əksini tapıb.

Nizamnaməyə əsasən, Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Fondu Müşahidə Şurası və İcraçı direktor idarə edirlər. Şura Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura onun sədri də daxil olmaqla 5 üzvdən ibarətdir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir. Fondun cari fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini icra edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR