Azərbaycan vətəndaşlığı almaq istəyən əfqanların sayı məlum olub

Vüsal Hüseynov

© APA | Vüsal Hüseynov

# 18 yanvar 2022 12:08 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Əfqanıstandakı hadisələrlə əlaqədar Azərbaycanda vətəndaşlığa qəbul üçün müraciət edən əfqanların olub-olmadığına aydınlıq gətirib.

APA-nın məlumatına görə, 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Xidmət rəisi deyib ki, Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən 4 əfqan var: "Amma onlar əvvəldən Azərbaycanda müvafiq icazə ilə yaşayan şəxslərdir. Sərhədlərə yaxınlaşaraq vətəndaşlıq istəyən əfqan olmayıb. Amma müxtəlif beynəlxalq təşkilatlardan bununla bağlı 118 sorğu müraciəti olub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR