Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 21 yanvar 2022 16:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 471 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 976 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 765 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 209 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 724 359, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 831 217 təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR