Azərbaycanda qohum evliliklərinin sayı artıb

Azərbaycanda qohum evliliklərinin sayı artıb
# 12 mart 2024 11:26 (UTC +04:00)

Azərbaycanda qohum evliliklərinin sayı artıb.

APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib.

O bildirib ki, son illərdə Azərbaycanda qohum nikahları artıb: "2021-ci ildə Azərbaycanda qohumlar arasında 2363 nikah qeydə alınıb ki, onlardan 204-ü boşanıb. Həmçinin 2022-ci ildə isə ölkədə 2542 qohum nikahı qeydə alınıb, onlardan da 608 nəfəri boşanıb. Bu rəqəmlər deməyə əsas verir ki, ölkədə qohum evliliklərinin sayı artıb".

O əlavə edib ki, bu kimi evliliklərinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir.

İctimai müzakirədə bildirilib ki, ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.

Bildirilib ki, dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır:

"Lakin, buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur. Qohumlar arasında nikahın mənfi nəticələrinin dövrün aktual və mühüm ailə problemlərindən biri olduğu nəzərə alınaraq beynəlxalq təcrübə öyrənilmiş və ABŞ-ın 24 ştatında, Çində, Cənubi Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Tacikistanda və Gürcüstanda baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasının qadağan edildiyi məlum olub.

Bununla əlaqədar qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR