Azərbaycanda son sutkada 3893 nəfər COVID-19-dan sağalıb, 2676 nəfər yoluxub, 38 nəfər vəfat edib

Azərbaycanda son sutkada 3893 nəfər COVID-19-dan sağalıb, 2676 nəfər yoluxub, 38 nəfər vəfat edib
# 12 sentyabr 2021 15:21 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 460 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, aktiv xəstə sayı 44 585 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR