Azərbaycanda tibbi tullantılara dair qanun layihəsi hazırlanması təklif edilib

Azərbaycanda tibbi tullantılara dair qanun layihəsi hazırlanması təklif edilib
# 21 dekabr 2023 12:16 (UTC +04:00)

Tibbi tullantılar epidemioloji baxımdan böyük təhlükə yaradır.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bu tullantılar milyardlarla patogen bakteriya və virusun mənbəyidir:

"Əgər tibbi tullantılar düzgün idarə olunmasa, bu və ya digər xəstəliklərin yayılmasına gətirib çıxarır. Digər məsələ radioaktiv tullantılardır. Səhiyyə müəssisələrində müxtəlif cihazlar istifadə olunur ki, onlar radioloji tullantılar yaradır. Desək ki, ölkədə bu sahədə problem yoxdur, bu, doğru olmaz. Tullantılarla bağlı ciddi problemlər var. Onların toplanması, çeşidlənməsi, nəqli və utilizasiyasında ciddi problemlər müşahidə olunur. Ola bilər ki, Bakının özündə problem nisbətən azalıb, amma bölgələrdə daha qabarıqdır".

Komitə sədri təəssüflə qeyd edib ki, bu sahədə qanun yoxdur: “Ola bilər ki, bu sahədə yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var və biz bu sahədə dəstək göstərməyə hazırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR