Bakıda Türkiyənin Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis tərəfindən saxlanılıb - VİDEO

Fuad İsmayılov

© APA | Fuad İsmayılov

# 30 yanvar 2022 00:16 (UTC +04:00)

Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, saxlanılan şəxs ilkin izahatında əməlini etiraf edib.

Müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR