Bakıda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin görüşü keçirilir

Bakıda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin görüşü keçirilir
# 14 yanvar 2016 14:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib.

"APA-Economics"in məlumatına görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov, "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Askar Mamin, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodnıy, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev iştirak edirlər.

Tədbirdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna arasında yükdaşıma həcmi, Avropadan Çinə və Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstandan keçməklə geriyə konteyner qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi, həmçinin Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi haqqında məsələlər müzakirə edilir.

Tədbirin sonunda imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı sənədlər imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR