Rusiya Qərb koalisiyasının Suriyadakı aviazərbələrinin nəticələri barədə məlumat verməyə hazırdır

Rusiya Qərb koalisiyasının Suriyadakı aviazərbələrinin nəticələri barədə məlumat verməyə hazırdır
# 15 yanvar 2016 13:13 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya müxtəlif saxta informasiyaların yayılmasının qarşısını almaq üçün Qərb koalisiyasının Suriyada həyata keçirdiyi aviazərbələrin nəticələri barədə ictimaiyyəti məlumatlandırmağa hazırdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri İqor Konaşenkov bu gün keçirdiyi mətbuat konfransında bildirib.


"Həmkarlarımız Suriyadakı bombardmanların nəticələri barədə susmağı üstün tuturlarsa, ictimaiyyəti bu faktlar barədə özümüz məlumatlandırmalı oluruq. Əgər kimsə indiyədək bunu başa düşməyibsə, öz problemidir", - deyə Rusiya MN rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR