Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Moody’s" beynəlxalq reytinq agentliyi "Xalq Bank" ASC-nin uzunmüddətli depozit reytinqi üzrə proqnozunu "Stabil"dən "Neqativ"ə dəyişib.
"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə agentliyin hesabatında qeyd olunub.
"Bankın kredit portfelinin yarısı xarici valyutanın payına düşür. Proqnozun dəyişməsinə səbəb növbəti 12-18 ay ərzində bankın kredit portfelinin təzyiqə məruz qalma ehtimalıdır. Manatın dəyərdən düşməsi bankın aktivlərinin keyfiyyətinin pisləşməsinə səbəb olacaq", - deyə hesabatda bildirilir.
Bununla yanaşı, analitiklər hesab edir ki, lazımi anda dövlət banka zəruri dəstəyi verə bilər.