BMT-nin qaçqınlar üzrə yeni ali komissarı səahiyyətlərinin icrasına başlayıb

BMT-nin qaçqınlar üzrə yeni ali komissarı səahiyyətlərinin icrasına başlayıb
# 05 yanvar 2016 07:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. BMT-nin qaçqınlar üzrə yeni ali komissarı Filippo Qrandi səlahiyyətlərinin icrasına başlayıb.

APA-nın xəbərinə görə, F. Qrandi 10 il bu vəzifədə çalışmış Antonio Qutyerresi əvəz edəcək.

“Kütləvi yerdəyişmələrə səbəb olan çoxsaylı münaqişələr, humanitar ehtiyaclar və resurslar arasında olan boşluq, artmaqda olan ksenofobiya çox təhlükəlidir. Qarşıdakı yol çətin yol olacaq. Lakin ümid edirəm, hökumətlər, vətəndaş cəmiyyəti nümayəndələri və digər tərəfdaşlarla işləyərək biz beynəlxalq təhlükəsizliyin təmin olunmasında inkişafa və milyonlarla qaçqınının həyat şəraitinin yaxşılaşmasına nail olacağıq”, - deyə F. Qrandi bildirib.

Qeyd edək ki, İtaliyadan olan 58 yaşlı F. Qrandi 30 ildən çoxdur ki, beynəlxalq münasibətlər sahəsində çalışır. Bundan əvvəl o, BMT-nin fələstinli qaçqınlarla iş üzrə agentliyinin rəhbəri, BMT-nin Əfqanıstana yardım missiyasının daimi nümayəndəsinin müavini, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Afrika, Asiya, Yaxın Şərqdəki nümayəndəliklərində və Cenevrədəki baş qərargahında çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR