BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində 11 ölkə mükafatlandırılacaq

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində 11 ölkə mükafatlandırılacaq
# 20 iyun 2019 11:57 (UTC +04:00)

Bakıda 24-26 iyunda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT 11 ölkəni mükafatlandıracaq.

APA-nın xəbərinə görə, bunu Forumla bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, ölkələr 5 kateqoriya üzrə seçilib. Mükafatlandırılacaq ölkələr Avstriya, Avstraliya, Argentina, Braziliya, Koreya, İndoneziya, Portuqaliya, Çili, İtaliya, Kosta-Rika və Keniyadır. Bu ölkələr ayrı-ayrı kateqoriyalar üzrə qalib seçiliblər.

Ülvi Mehdiyev bildirib ki, 2015-ci ildə Azərbaycan da qalib ölkə seçilib. Azərbaycanın "ASAN xidmət" modeli 700 rəqib layihə içərisindən unikal model konsepsiyası kimi seçilərək qalib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR