BP Azərbaycanda mentorluq proqramına start verib

BP Azərbaycanda mentorluq proqramına start verib
# 29 oktyabr 2019 16:05 (UTC +04:00)

BP şirkəti Azərbaycanda neft-qaz yataqlarının işlənməsində iştirakla yanaşı müxtəlif sosial layihələr də həyata keçirir.

"APA-Economics"in məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP-nin universitet tələbələri üçün mentorluq proqramının təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, belə layihələrdən biri də mentorluq proqramıdır.

Proqramın məqsədi seçilmiş tələbələrə fərdi mentorluq sessiyaları verməklə onların neft-qaz mühəndisliyi sahələrində gələcək karyera imkanlarına hazırlaşmalarına yardım etməkdir. Bütün mentorlar Bakıdakı müxtəlif universitetləri təmsil edən ən çox sayda tələbələrlə könüllü şəkildə işləyəcək BP mütəxəssisləridir.

Tədbirdə həmçinin qeyd olunub ki, mentorluq proqramı əsasən ünsiyyət, təqdimat, tərcümeyi-halın hazırlanması, əlaqələrin qurulması və digər tələb olunan işgüzar səriştələrin inkişaf etdirilməsinə yönəlib.

Tədbirdə çıxış edən Azərbaycanın Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, digər xarici şirkətlərlə yanaşı BP-nin Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında böyük rolu var. Bundan əlavə, şirkət ölkədə müxtəlif sosial layihələr reallaşdırır ki, bunların sırasında mentorluq proqramı da olacaq.

Qeyd edək ki, proqramda müxtəlif ali təhsil müəssisələrinin 119 tələbə və məzunu iştirak edəcək. Hazırkı mərhələdə proqramın iki qrupdan ibarət olması planlaşdırılır. Tələbələrin birinci qrupu 2019-cu ilin noyabr ayında və ikinci qrupu isə 2020-ci ilin yanvar ayında proqrama başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR