BŞİH Novruz iməciliyində iştirak etməyə çağırıb

BŞİH Novruz iməciliyində iştirak etməyə çağırıb
# 07 mart 2024 09:40 (UTC +04:00)

Yaz mövsümünün başlanması və Novruz Bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçiriləcək.

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin müraciətində qeyd olunub.

“Paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırırıq”, - müriacətdə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR