Bu il 56 788 işsiz şəxs işlə təmin edilib

Bu il 56 788 işsiz şəxs işlə təmin edilib
# 13 sentyabr 2021 14:58 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 8 ayında 56 788 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Agentlikdən APA-ya verilən məlumata görə, onlardan 22 686-si ödənişli ictimai işlərə cəlb olunub, 314 nəfərin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib. Bu dövr ərzində özünüməşğulluq proqramının icrası da davam etdirilib. Belə ki, 8 ayda 9296 nəfərin öz təsərrüfatlarını qurmaları üçün qeydiyyatı aparılıb. Həmçinin 179 işsiz və işaxtaran peşə hazırlığı kurslarına cəlb olunub, 2315 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR