Bu il əlillik təyin olunanların sayı açıqlanıb

Bu il əlillik təyin olunanların sayı açıqlanıb
# 19 avqust 2023 10:11 (UTC +04:00)

Yanvar-iyul aylarında 30,1 min şəxsə əlillik təyin olunub, 38,1 min şəxsə reabilitasiya xidməti göstərilib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində 30,1 min şəxsə əlillik təyin edilib. Onlardan 14,7 mininə ilkin, 15,4 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. Həmçinin bu ilin 7 ayında Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 38,1 min şəxsə reabilitasiya xidməti göstərilib və 6,7 min şəxs 45,8 min reabilitasiya vasitəsi ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR