Bu ilin 11 ayında sosial təminat üzrə əhaliyə 5,43 mlrd. manat vəsait ödənilib

Bu ilin 11 ayında sosial təminat üzrə əhaliyə 5,43 mlrd. manat vəsait ödənilib
# 25 dekabr 2021 14:37 (UTC +04:00)

2021-ci ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 5,43 mlrd. manat vəsait ödənilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,2% və ya 167 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR